Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə N.Paşinyan jurnalistlərlə açıqlamasında bildirib.O qeyd edib ki, mayın 14-də Soçi sammiti çərçivəsində keçirilən bütün görüşlər yüksək səviyyədə olub.
Baş nazir Putinlə Qarabağ münaqişəsilə bağlı aparılan müzakirənin detallarını açıqlamayıb.