İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel döyüşlərindən sonra...”

İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel döyüşlərindən sonra...” backend

“Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına sadiqdir”.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq Qarabağ probleminin sülh nizamlanması kursuna sadiq qalır. Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaları həyata keçirmək lazımdır”, - Tiqran Balayan vurğulayıb.
Diaspora