Sivasda Qarabağ Şəhidlik Abidəsinin açılışı olub

Sivasda Qarabağ Şəhidlik Abidəsinin açılışı olub backend

Türkiyənin Sivas vilayətində "Azərbaycan Qarabağ Şəhidlik Abidəsi"nin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Türkiyənin təhsil naziri İsmət Yılmaz, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Sivas valisi Davut Gül, Sivas Bələdiyyəsinin rəhbəri Sami Aydın və digər rəsmi şəxslər iştirak edib.

Azərbaycanın və Türkiyənin bir millət iki dövlət olduğunu deyən nazir İsmət Yılmaz hər iki ölkənin sevinc və kədərinin də ortaq olduğunu vurğulayıb. O vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Məşhur şeirdə deyildiyi kimi bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Nə qədər ki, Vətən, bayraq, dəyərləri üçün can verməyə hazır olanlar var, bütün türk dünyası müstəqil yaşayacaq".

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva çıxış edib, doğma torpağı uğrunda canlarını fəda edən əsgərlərin ruhuna Allahdan rəhmət diləyib.

Daha sonra Sivasın Karşıyaka adlanan məhəlləsində yerləşən abidənin açılışı olub.
Diaspora