Azərbaycanla müharibə planı MÜZAKİRƏ OLUNDU – Qarabağda fövqəladə MÜŞAVİRƏ

Azərbaycanla müharibə planı MÜZAKİRƏ OLUNDU – Qarabağda fövqəladə MÜŞAVİRƏ backend

Baş nazir seçilməsindən bir gün sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gələn Nikol Paşinyan Xankəndidə hərbi müşavirə keçirib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, müşavirədə Dağlıq Qarabağ separatçı qurumunun başçısı Bako Saakyan və qurumun dini lideri, baş keşiş Parqev Martirosyan, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Akobyan iştirak edib.

Qondarma qurumun Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə Dağlıq Qarabağ “ordusunun” baş komandanı Levon Mnasakanyan cəbhədəki operativ-taktik vəziyyət barədə məlumat verib. Müşavirədə “rəqibinin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi”nə dair məsələlərin geniş spektrinin müzakirə olunduğu bildirilir.
Diaspora