“Qarabağ məsələsi bu illərdə həll ediləcək” – AKP

“Qarabağ məsələsi bu illərdə həll ediləcək” – AKP backend

Rusiya Prezidenti Vladimir Putin keçmiş SSRİ coğrafiyasındakı regional münaqişələrin həll prosesində fəallığını artıracaq.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Kommunist Partiyası (AKP) təşkilat komitəsinin sədri Rauf Qurbanov deyib.

O bildirib ki, yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəs də daxil olmaqla bir sıra regional problem öz həllini tapacaq:

“Hesab edirəm ki, qarşıdakı 6 il ərzində Putin bölgədəki münaqişələrin həll prosesində mühüm rol oynayacaq. Bu dövr ərzində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq.

Digər problemlərin həlli də gözləniləndir. Qənaətimə görə, Putinin bu münaqişələrin həlli ilə bağlı atacağı konkret addımları müəyyən edilib. Həmin məsələlərin həlli Rusiyanın da maraqlarına cavab verir”.

Diaspora