“Suriyadakı ermənilər qanunsuz olaraq Qarabağa köçürülür” - Səfir

“Suriyadakı ermənilər qanunsuz olaraq Qarabağa köçürülür” - Səfir backend

“Dağlıq Qarabağ problemi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr qeyri-sabitliyə gətirib çıxır. BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib və orada torpaqların işğal azad edilməsi qeyd edilir”

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib. Səfir qeyd edib ki, münaqişələr regionda qeyri-sabitliyə gətirib çıxarır.

“BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib və orada torpaqların işğaldan azad edilməsi qeyd edilir. Beynəlxalq təşkilatların belə mövqeyinin olmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən çəkinməyib. Hərbi güclərin bu ərazidə gücləndirilməsinin tərəfdarıdır. Təmas xətti boyunca Azərbaycan kəndlərinin atəşə məruz qalması mütəmadi olaraq davam edir. Bunlar tək hərbçilərə qarşı deyil, həm də mülki vətəndaşlara istiqamətlənib. 2016-cı ilin aprel ayında bu cür təxribatlar törədilib, yaşayış məntəqləri atəşə məruz qalıb və xeyli ev dağıdılıb. Bu hadisələr zamanı bir neçə mülki vətəndaş ölüb”.

Səfir bildirib ki, Suriyadakı ermənilər qanunsuz olaraq Dağlıq Qarabağa köçürülür. Bütün bunlar münaqişənin uzadılmasına xidmət edir.

"Avropa Birliyi (AB) Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsini dəstəkləməlidir”.
Diaspora