Qarabağ danışıqları sıfırdan başlaya bilərmi? – Açıqlama

Qarabağ danışıqları sıfırdan başlaya bilərmi? – Açıqlama backend

Ermənistanda istənilən konstruktiv hakimiyyətlə Azərbaycan danışıqlara getməyə hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, formalaşan hakimiyyət həqiqətən Dağlıq Qarabağ məsələsinin həllinə çalışsa, bu istiqamətdə danışıqların aparılmasına Azərbaycan hazırdır:

“Lakin əsas məqam ondan ibarətdir ki, biz danışıqlara sıfırdan başlamaq niyyətində deyilik. Danışıqların bütün nüansları məlumdur. Sankt-Peterburq protokolları, Kazan, Vyana görüşləri və BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Azərbaycanın suverenliyini əldə tutaraq, danışıqlar davam etdirilə bilər. Hətta cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ilk növbədə BMT-nin qətnamələri, ikinci ərazi bütövlüyü, üçüncü işğalçı ordunun ərazini tərk etməsi, qaçqınların öz yurd-yuvalarına qayıtması və təbii ki, Dağlıq Qarabağın statusu haqqında məsələlər əsas götürülməlidir. Əgər Ermənistanda yeni formalaşdırılacaq hakimiyyət bu şərtləri qəbul etsə, danışıqlara getməyə hazırıq. Əks halda, yəni sıfırdan danışıqlara başlamaq, yeni qərarlar qəbul etmək qeyri-mümkündür”.
Diaspora