Erməni müxalifəti Kəlbəcər yolunu bağladı

Erməni müxalifəti Kəlbəcər yolunu bağladı backend

Ermənilər zəbt edərək “Vardenis” adlandırdıqları Göyçədən 25-ci ildir ki, işğal altında saxladıqları Kəlbəcərə gedən yolu kəsərək avtomobillərin hərəkətini dayandırıblar.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin mediası məlumat yayıb. Dünən aprelin 26-sı gündüz saatlarında müxalifətçi lider Nikol Paşinyanın çağırışı ilə Vardenisin və Geqarkunik vilayətinin bir neçə kəndinin sakinləri Zod-Kəlbəcər yolunu bağlayıblar. Paşinyanın bu aksiyanı dayandırmaq göstərişindən sonra etirazçılar yolu açaraq İrəvandakı axşam mitnqinə qatılmaq üçün paytaxt istiqamətində avto-yürüş təşkil ediblər.

Lakin günün sonunda düşmən ölkədən Azərbaycanın işğal altındakı ərazilərinə gedən yolun yenidən kəsillməsi haqda informasiyalar yayılıb.

">


Diaspora