Azərbaycanı məcbur etmək lazımdır ki, Qarabağ konfliktinin həlli ilə bağlı konstruktiv danışıqlar masasına qayıtsın.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Bakı “İrəvanın ələ keçirilməsi”ni bəyan etdikcə effektiv danışıqlar aparmaq mümkün olmayacaq.Paşinyan bu açıqlamasında xələfi olmağa hazırlaşdığı uşaq qatili və soyqırım müəllifi Sərkisyandan qətiyyən fərqlənməyib. O bildirib ki, Azərbaycan “aqressiv siyasət” aparır, buna görə də ordunu gücləndirəcək.
Müxalif lider baş nazir seçiləcəyi təqdirdə ilk işinin Qarabağdakı operativ situasiya ilə tanış olmaq olacağını deyib.
Qeyd edək ki, Paşinyan Qarabağ məsələsində Ermənistanın hazırkı hakimiyyətindən daha sərt mövqeyə sahibdir. O, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın bu prosesdən kənarda qalmasını istəyir.