Nalbədnyanın Qarabağ xahişi və Kremlin İrəvandan tələbi

Nalbədnyanın Qarabağ xahişi və Kremlin İrəvandan tələbi backend

Rusiya Ermənistanda fəallaşır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistanın rəsmiləri ard-arda təcili Moskvaya çağrılır, müxalifət liderləri ilə isə Rusiyanın İrəvandakı səfirliyində görüşlər keçirir:

"Maraqlı məqam odur ki, hamısına eyni xəbərdarlıq edilir ki, nə edirsiniz edin, ancaq çərçivədən çıxmayın, sahibinizin kim olduğunu unutmayın. İrəvanın da Moskvadan xahişi var ki, Azərbaycan fürsətdən istifadə edib Dağlıq Qarabağda müharibəyə başlamaq istəyir, Bakını bundan çəkindirin. Bu xahişi bu gün Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan rusiyalı həmkarı Sergey Lavrova çatdırıb. Elə ona görə də Kreml öz emissarlarını Bakıya da göndərir".

Politoloq vurğulayıb ki, Azərbaycan Ordusunun gücü və mövqü seçimi erməniləri qorxudur:

“Hərbi texnikanın təmas xəttində sürətli yerdəyişmələri erməni separatçılarını qorxudur. Bunu davam etdirməliyik".
Diaspora