Bu konflikti gələcək nəsillərə saxlayacağımızı deməyə meyilli deyiləm. Danışıqlar prosesi davam etməlidir.
Axar.az xəbər verir ki, bunu “Şant” televiziyasına müsahibəsində Ermənistanın Baş naziri Serj Sərkisyan deyib. Dağlıq Qarabağ konfliktinin həllindən danışan Sərkisyan münaqişənin kompromis yolu ilə həll edilə biləcəyini deyib:“Biz mövqeyimizi dəyişməyəcəyik. Siz başqa variantlar deyəndə, narahatlıq yaranır. Başqa variant nədir? Ermənistanda elə adamlar varmı ki, Qarabağı Azərbaycana qaytarsın? Mənim üçün bu, o qədər də anlaşılan deyil.
Kompromis həm erməni, həm də Azərbaycan tərəfinin güzəştə getməsi deməkdir. O zaman məsələ həll edilə bilər. Başqa yol yoxdur. Əgər başqa yol – kompromissiz variant varsa, demək, sülh yolu deyil".
Sərkisyan stabilliyi qorumaq üçün ordunun təchizatını gücləndirmək lazım gəldiyini deyib. Həmçinin bildirib ki, müttəfiqlərlə ittifaq dərinləşməlidir, çünki müttəfiqlərdən çox şey asılıdır.