Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım və nizamlanma prosesi Rusiyanın prioritetlərindən biridir.
AzVision.az xəbər verir ki, bu barədə “Moskva-Baku” portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.“Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, həmçinin üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunan razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik”, - deyə məlumatda qeyd olunub.
Rusiya XİN, həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin davam etdirələcəyini bəyan edib: “İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir”.