İşğalçı Ermənistanın paytaxtındakı hava limanında Azərbaycanın işğal altındakı toppaqlarında olan gəzməli-görməli yerləri təsvir edən video-çarx nümayiş etdirilməyə başlanıb.
Qaziler.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Guya həmin video-çarx Ermənistanın və qondarma separatçı-terrorçu rejimin turizmlə bağlı müvafiq qurumları arasındakı “razılaşmaya” əsasən təşkil edilib.Hazırda Zvartnots hava limanına daxil olan hər bir erməni və əcnəbi qonaq, o cümlədən turistlər Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər bölgələrindəki(məsələn, Kəlbəcərdəki Xudavəng məbədi) gözəl təbi mənzərə və tarixi abidələri seyr edə bilirlər. Bununla rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal etməsi faktını bir daha dolayısıyla təsdiqləmiş olur. Bu, həm də əcnəbi vətəndaşları turist qismində Azərbaycanın dövlət sərhədlərini pozmağa təhrik etməkdir...
">