Bu gün Qarabağda atəşkəs rejimini pozan erməni tərəfinə ordumuzun açdığı cavab atəşi nəticəsində bir erməni əsgər məhv edilib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 14:20 radələrində Qarabağın cənub istiqamətində Ermənistan ordusunun əsgəri 1998-ci il təvəllüdlü Narek Gevorkoviç Arutyunyan məhv edilib.Qarşı tərəf araşdırma aparır.