Puçdemon həbs olunur, Saakyan torpaqlarımızda separatçılığını davam etdirir...-FOTO

Puçdemon həbs olunur, Saakyan torpaqlarımızda separatçılığını davam etdirir...-FOTO backend

Qarabağ separatçısının həbsi üçün də beynəlxalq order vermək vaxtı çatmayıbmı?..

Xəbər verdiyimiz kimi, İspaniyanın barəsində beynəlxalq həbs orderi verdiyi Kataloniyanın keçmiş separatçı lideri Karlos Puçdemon bu günlərdə Almaniyada həbs edildikdən sonr İspaniyaya ekstradisiyası barədə sorğuya baxılacağı müddət ərzində girov müqabilində azadlığa buraxılıb.

Bəs bir qərinədir ki, işğal altında saxlanılan torpaqlarımzdakı separatçı-terrorçu qurumun Qərbin də, Rusiyanın da əlində oyuncaq olan lideri Bako Saakyan hazırda nə ilə məşğuldur? Dünyanı sərbəst şəkildə gəzib ABŞ-a, Livana və s. “işgüzar” səfərlərindən İrəvan vasitəsilə Azərbaycan sərhədini növbəti dəfə pozaraq Xankəndinə dönən cinayətkar B.Saakyan torpaqlarımızda çəkinmədən, həyasızcasına ora-bura əyri burnunu soxub Kəlbəcərdə Pasxa keçirməkdə, Şuşada, Xankəndində və s. qanunsuz iş və göstərişlərini davam etdirməkdədir.



Moderator.az xəbər verir ki, aprelin 5-də separatçı-terrorçu lider Xankəndi və Şuşada bir sıra təhsil müəssisəsi və “inzibati” qurumlara, eləcə də tikilməkdə və ya təmir edilməkdə olan obyektlərə baş çəkib, müvafiq göstərişlər verib. B.Saakyanı “dövlət naziri” adlanan Araik Arutyunyan kimi digər separatçılar da müşayiət ediblər...

Puçdemondan fərqli olaraq B.Saakyanın dünyada və torpaqlarımızdakı toxunulmazlığının bir səbəbi “ikili standart”lar adını verdiyimiz Rusiyanın da, ABŞ-ın da, Avropanın da və s. açıq düşmənçiliyidirsə, digər səbəbi özümüzdə axtarmaq gərəkdir...

Diaspora