Bakıya gələn İranın baş diplomatından Qarabağ açıqlaması (VİDEO)

Bakıya gələn İranın baş diplomatından Qarabağ açıqlaması (VİDEO) backend

İranın xarici işlər naziri Real TV-yə eksklüziv müsahibə verib

“Regionumuz sabitliyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa möhtacdır. Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Daim bu prinsipə təkid etmişik və ümid edirik ki, Dağlıq Qarabağ probleminin həllinə bu prinsiplər əsasında yol tapılacaq”.

Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Real TV-yə eksklüziv müsahibəsində bildirib.

Nazir müsahibədə bir çox regional problemlərə toxunub. Müsahibə zamanı Zərif vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik etməyə hazırdır.

“Bu məsələdə bütün beynəlxalq təşəbbüsləri dəstəkləmişik. Keçmiş zamanlarda İran da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz xoş niyyətini göstərib. Əgər yenə də istək olsa, biz bu münaqişənin həlli üçün beynəlxalq hüquq çərçivəsində kömək etməyə hazırıq”, - deyə iranlı nazir bildirib.

Qeyd edək ki, müsahibənin tam versiyasına bu gün Real TV-də baxa bilərsiniz.

Diaspora