Hərbi xidmətinin başa çatmasına 3 ay qalmış şəhid oldu

Hərbi xidmətinin başa çatmasına 3 ay qalmış şəhid oldu backend

Müşfiqin ən böyük arzularından biri Zəngilan torpağına qovuşmaq idi

Aprel şəhidi Müşfiq Orucov... O hərbi xidmətə ölümündən 9 ay əvvəl yollanmışdı. Yüksək balla qəbul olunduğu Azərbaycan Texniki Universitetinin Avtomatika və komputer texnikası fakultəsinin komputer elmləri ixtisasını bitirdikdən sonra. Həm də böyük həvəslə. Çünki o vətənpərvər övlad idi. Çünki onun üçün hər şeydən öncə torpaq sevgisi gəlirdi. Bu hissləri onda hələ körpəliyindən aşılayan isə ziyalı ailəsi idi.

Vətənpərvərliyi ona Umumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı müəllimi işləyən atası Arif müəllim aşılamışdı. Ayağı yer tutandan ildə bir neçə dəfə onun və bacısı Günelin əlindən tutub bulvar gəzintisini Şəhidlər xiyabanından başlayan anası Azərbaycan dili müəllimi Aygün xanım aşılamışdı.

Müşviq Orucov 1994-cü ilin sentyabrın 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon tam orta məktəbində oxuyub. Universitetdə oxuya-oxuya şadlıq sarayında ofisiant işləyib. Yay aylarında isə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışıb. Universiteti bitirdikdən sonra - 2016-cı ilin iyulunda Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Xidmətini başa vurmasına cəmi 3 ay qalmış aprelin 3-də qəhrəmancasına şəhid olub.

Müşfiq Orucovun cənazəsini ilk qarşılayan 11 il təhsil aldığı Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin direktoru Valeh Quliyev olub. Valeh müəllim deyir ki, Müşfiqin əlindən tutub məktəbə qəbul etdim, əlini sıxıb attestatını verdim və heç vaxt ağlıma gəlməyəcək, istəməyəcəyim bir şey də oldu: Tabutunu komandirindən qəbul edib ailəsinə çatdırdım...

Əslində Müşfiq martın sonu məzuniyyətə gəlməli imiş, amma on gün sonra qrup yoldaşının toyu olacağını eşidəndə məzuniyyət vaxtını dəyişdirib aprelin 9-na. Amma evinə daha tez döndü. Bu gün hər birimizin qürur duyuduğu şəhid olaraq...

Müşfiqin oxuduğu məktəbdə, bu günlər ona dərs deyən müəllimlər bütün siniflərdə Müşfiqdən, onun qəhrəmanlığından, onun tərbiyəsindən, zəkasından danışır. Bu gün Müşfiqin məktəbdəki partası boş deyil. Onun yerini doldurmasa da onun kimi vətənpərvər övladların yetişməsinə şahidlik edir. Müşfiqin parta yoldaşı Aysel Heydərova isə çox təəssüf hissi keçirir. Yenidən qayıtdığı bu sinif otağında, bu partada Müşfiqsiz oturduğu üçün

Müşfiqin məktəbdəki anası, sinif rəhbəri Həcər Şahmarova olub. Deyir, düzdür, Müşfiq həmişə deyirdi ki, müəllimə, mən çox şeyi sizə borcluyam. Amma bu gün mən Müşfiqə borcluyam. Rahat, azad bir ölkədə yaşadığım üçün canını vətənə qurban verən müşfiqlərə. Deyir ki, şagirdlərə Müşfiqin vətənpərvərliyi haqqında danışmaq, Müşfiq kimi vətənini sevən övladlar yetişdirməklə onun qarşısındakı borcumdan çıxmaq istəyirəm.

Həcər müəllimə bir də Müşfiqə verdiyi sözü tuta bilmədiyi üçün, onu sevdiyinə qovuşdura bilmədiyi üçün təəəsüf hissi keçirir,...

Müşfiq sevdiyinə qovuşmasa da, sevdiyi Vətən torpağı uğrunda gözünü qırpmadan canını qurban verdi. Azərbaycan hərb tarixinin şanlı səhifəsini digər APREL ŞƏHİDLƏRİ ilə birgə yazdı...

Müşfiq hər kəsə özünü sevdirməyi bacarmışdı, qonşularına, qohumlarına, sinif yoldaşlarına, silahdaşlarına... Onu tanyan uşaqdan böyüyə hər kəsə.....

Bu gün Müşfiqi tanıyan hər kəs onunla fəxr edir, amma onu itirdiyi üçün həm də təəssüf hissi keçirir. Ən çox da 81 yaşlı Əntiqə nənə.

Əgər valideynləri Müşfiq Orucovu vətənpərvər ruhda böyütmüşdüsə də dayısı onun əməksevərliyi üçün əlindən gələni etmişdi. Hətta Müşfiq gələcək karyerasını da sirdaşı olan dayısı ilə quracaqdı....

Qalmayacaq Mətləb dayı. Necə ki Müşfiq silahdaşları ilə cəmi 4 günə böyük ərazinin Azərbaycan ordusunun nəzarəti altına keçməsini təmin etdi, bunu hər gün səngərdə düşməni nəzarətdə saxlayan hər bir Azərbaycan oğlu etməyə hazırdır. Çünki onların Müşfiq kimi canını vətənə qurban verən qardaşları olub. Aprel şəhidlərinin həyat yolu onlara həyat dərsi olub.

Şəhidlər vurulanda yox, unudulanda ölür. Bu baxımdan Aprel şəhidləri unudulmur. Müşfiq və onun silahdaşları yaddaşlarda yaşayır, tarixin səhifələrinə köçürülür. Müşfiqlər haqqında kitablar yazılır, filmlər çəkilir.

Hə, Müşfiq, sənin öyünməyə haqqın varimiş. Çünki bu dediyin sözlər təkcə dilində deyilmiş. Çünki Sən Azərbaycana, Vətənə olan sevgini, caninı qurban verməklə sübut etdin.

Bu arzularından sonra Müşfiq onu sevənlərə son diləyini FB hesabından bildirmişdi: Bu profilin sahibi müvəqqəti olaraq hərbi xidmətdədir. Xahiş edirik 12 ay sonra təkrar yoxlayasınız.
Dostları ona 12 ay sonra sağ-salamat qayıtmağı arzulasalar da o daha tez döndü- ailəsinin, yaxınlarının, Azərbaycan xalqının qürur duyduğu şəhid kimi.

Müşfiqin ən böyük arzularından biri də ata-anasinin, nənə-babasının söhbətlərindən tanıdığı Zəngilan torpağına qovuşmaq idi. O Torpağa qovuşdu. Canını qurban verib qanini tökdüyü vətən torpağına və bununla ən yüksək zirvəyə ucaldı - Şəhidlik zirvəsinə... (Real TV)

Diaspora