Erməni analitik: İrəvan Bakı qarşısında ağ bayraq qaldırdı

Erməni analitik: İrəvan Bakı qarşısında ağ bayraq qaldırdı backend

Dördgünlük müharibə hamımızı məcbur etdi ki, yeni reallıqları görüb, köhnəlmiş miflərlə vidalaşaq.

Axar.az xəbər verir ki, bu sözlər erməni analitik Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, Aprel savaşı Ermənistan hərbi-siyasi elitasının qabiliyyətsizliyini və bacarıqsızlığını ortaya çıxardı:

“Bu müharibə savaş və sülh arasındakı dilemmaya təzə görünüşlə baxmağa, bizim siyasi sistemin Qarabağın həlli məsələsində işlənmiş yanaşmasının olmadığını görməyə məcbur etdi. Təsadüfi deyil ki, müharibədən bir neçə ay sonra polis postunun tutulması avantürası baş verdi. Bir il sonra ictimaiyyətin siyasi kapitulyasiyası yaşandı. Bu bizim siyasi sistemin Dördgünlük müharibəyə dolayı reaksiyası idi. Bunu yeni problemlərin və çağırışların həlli məsələsinə ağ bayrağın qaldırılması şəklində doğru anlatmaq olar. Dördgünlük müharibə müttəfiqlər, dünya, beynəlxalq münasibətlər, humanizm haqqında düşüncələrin dəyişməsiylə nəticələndi. Müharibədən bir neçə ay sonra isə rasional düşüncənin pöhrələri Rusiya “İsgəndər”lərinə erməni yanaşması ilə məhv edildi. Biz müharibədən iki il sonra heç bir dərs götürməyərək, yeni müharibə risklərini gündəmdə saxladıq”, – deyə o bildirib.
Diaspora