Hind sahibkar bildirib ki, ermənilərlə hindlilər arasında ümumi çox şey var...
Hindistan Azərbaycanın erməni işğalı altındakı ərazisində sərgi təşkil edib.Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, Xankəndində 12 pavilyonda martın 28-dən aprelin 8-dək keçiriləcək sərgidə Hindistandan gətirilmiş ərzaq, ədviyyat, bəzək əşyaları, paltarlar, mebel və s. nümayiş etdirilir. Bu haqda sərginin təşkilatçısı Aman Xan məlumat verib. Azərbaycanın sərhədini pozaraq ərazi bütövlüyümüzə hörmətsilik edən Hindistan sakini yarmarkanın sonunda təşkil ediləcək lotereya oyununda məişət əşyaları və s. oynanılacaq.
Digər hind sahibkar Vidjey Qoel onlara Xankəndində yaradılmış şəraitdən, ermənilərin münasibətindən razılıq edərək hind və erməni xalqları arasında ümumi çox şey olduğunu vurğulayıb...
P.S. Söz Azərbaycan Xarici İşlər Nazirliyinin və Hindistanın Azərbaycandakı səfirinindir...