"Qarabağ Trampın xüsusi maraq dairəsinə daxil deyil" - Amerikalı ekspert

"Qarabağ Trampın xüsusi maraq dairəsinə daxil deyil" - Amerikalı ekspert backend

Ağ Ev öz xarici siyasətini kəskinləşdirməkdə davam edir.

Ekspertlər hesab edirlər ki, bunu "qırğı" Con Boltonun prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi təyin olunması da təsdiq edir.

ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Pol Qoblun fikrincə, bu o demək deyil ki, ABŞ artıq sabah yeni müharibəyə başlayacaq, ancaq sərt və ola bilsin, hətta radikal qərarların qəbulu ehtimalı artır.

P.Qobl virtualaz.org-a açıqlamasında bildirib ki, Bolton Trampın diqqətini Rusiyadan və onun qonşularından yayındıraraq müsəlman dünyasına, xüsusilə də İrana yönəltməyə çalışacaq.

ABŞ-ın Qafqazla və Qarabağ problemi ilə bağlı siyasətinə toxunan ekspert bildirib ki, bu region Tramp Administrasiyasının xarici siyasət məsələlərində xüsusi maraq dairəsinə daxil deyil və ehtimal ki, nə Bolton, nə də Pompeo bu region heç bir radikal addım atmağa təşəbbüs göstərməyəcək.
Diaspora