Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində 19 yaşlı erməni əsgər Armen Amayakoviç Arutyunyan ölüb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.“24 mart, saat 16:55-də Qarabağın şimal hissəsində yerləşən Ermənistana məxsus hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü erməni əsgər Arçen Arutyunyan ölüb”, - məlumatda deyilir.
Məlumata görə, Arutyunyan güclü küləyin aşırdığı ağacın altında qalaraq canından ölub.