Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Qaziler.az saytı bildirir ki, Odur ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzində saxlanılıb. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na, ona edilən əlavələrə uyğun, bu insanlar üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salınıb. Elə 2012-cü ildə Qaradağ rayonun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcik də bu zümrədən olan vətəndaşlara dövlət qayğısının bir nümunəsidir.Müşfiqabad qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Qabil Quliyevlə söhbətimizə köçkünlərə göstərilən qayğı və diqqətdən başladıq:
-Qabil müəllim,dörd ildir məcburi köçkünlər bu qəsəbədə yerləşdirilib.Müasir evlərlə, rahat mənzillərlə, yüksək keyfiyyətli infrastruktur və inzibati binalarla təmin olunub. Hazırda köçkünlər hansı problemlərlə bağlı müraciət edirlər?
-Əvvəlcə qeyd edim ki, köçkünlərin ilk köçü gələndə qəsəbədə 22 beşmərtəbəli yaşayış binası var idi, 2 yaşayış binasında isə tikinti işləri gedirdi və hazırda o da sakinlərin istifadəsinə verilib. Bu da 1680 mənzil, yəni elə o sayda ailənin müasir tələblərə uyğun isti ocağı deməkdir. Burada yaşayan əhalinin ümumi sayı 6891 nəfərdi. Bakı Dövlət Universitetinin və Bakı şəhərində yerləşən digər yataqxanalarda uzun illər mənzil şəraitindən əziyyət çəkən soydaşlarımız üçün təbii ki, belə mənzillər dövlət qayğısının nümunəsi kimi qiymətləndirildi.Təsəvvür edin, Gün ərzində su, qaz, işıq, eyni zamanda mənzillərin qızdırılması kombi sistemi ilə fasiləsiz olaraq əhaliyə çatdırılır. Hər gün əhali 7 saat isti su təmin edilir.
Yeri gəlmişkən, burada müasir tələblərə cavab verən 3 mərtəbəli , 1500 şagird yerlik məktəb binası, eyni yamanda Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonları orta məktəbləri, şahmat məktəbi, musiqi məktəbi də fəaliyyət göstərir. 140 yerlik uşaq baxçası, tibb məntəqəsi, ATS, Yanğından Mühafizə İdarəsi, klub, kitabxana və digər sosial obyektlər tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.Hələ üstəlik 3 hektar bir ərazidə park salınıb. Əhalinin istirahət günlərini maraqlı keçirməsi üçün bir sıra işlər görülüb. Ümumilikdə qəsəbə ərazisinə 40 min ədəd ağac əkilib. Kənardan baxsanız qəsəbə təpəliklərin ortasında yerləşmiş yaşıl adaya bənzəyir.
Sualınıza cavab olaraq, deyim ki, soydaşlarımız 4 il əvvəlki problemlərdən tamamilə qurtulub, rahat mənzilində gündəlik qayğıları ilə məşğul olur, sabaha-gələcəyə inamla baxırlar.
-Qabil müəllim, hazırda iş tapmaq ölkədə bir az çətin məsələdi. Sizin qəsəbədə işsizlər çoxdurmu?
-Bayaq qeyd etdiyim kimi, qəsəbədə dövlət büdcəsindən maliyyələşən məktəblər, baxça, tibb məntəqəsi, ATS, Yanğından Mühafizə İdarəsi, klub, kitabxana və bir sıra obyektlər var.Burda işləyənlərin əksəriyyəti qəsəbə sakinləridir. Birdə özəl sektorda-ticarət və iaşə obyektləri var ki, onuda konkret iş yerləri hesab etmək olar. Məsələn, qəsəbənin ən böyük ticarət məkanı olan “Qarabağ” marketdə hazırda 70-ə yaxın adam çalışır. Bakı şəhərində işlə təmin olunanların da çox olmasına baxmayaraq, işsizlik problemi hələdə tam olaraq ortadan qalxmayıb.
-Siz ictimaiyyətlə sıx əlaqədə olursunuz, onların xırda kkommunal problemləriylə, qayğılarıyla yaxından tanışsınız. Soydaşlarımız daha nədən narahatdırlar?
- Bilirsiniz, mən sizin yerinizə olsaydım “narahat” sözünü işlətməzdim. Deyərdim ki, soydaşlarımız kimdən daha çox razılıq edirlər. Bəli, hər bir evdə, hər bir ailədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ölkə vətəndaşlarına xüsusəndə, qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı və diqqətə görə minnətdarlıq duyğusu, iftixar hissi var. Mən özüm Cəbrayıl rayonundanam. Əminliklə bilirəm ki, ermənilərin işğalında olan o yurd yerlərimiz, torpaqlarımız məhz səriştəli, bacarıqlı, sözünün ağası olan cənab prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi altında düşməndən azad olunacaq. Bu əminliyə hər bir soydaşımız ürəkdən şərikdi və elə bu səbəbdən də prezident seçkilərinə həyəcanla-sevinclə hazırlaşırlar.
-Müsahibəyə görə təşəkür edirik !
Əntiqə Rəşid