Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, qazi Habil Şirinovun 60 yaşı tamam olur.
Habil Şirinov 1958-ci il mart ayının 15-də İmişli rayonunda anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən qazi həmin ilin noyabrında könüllü olaraq ailəsi ilə birlikdə Ağdamın İmarət-Qərvənd kəndinə köçərək orada baş həkim işləməyə başlayıb. 1991-ci il, sentyabrın 24-dən 25-nə keçən gecə ermənilər kəndə hücum edərkən kənd sakinlərinin oradan çıxarmaq üçün gedən döyüşdə iştirak edib. 1992-ci ilin may ayından Kəlbəcər özünümüdafiə batalyonunda leytanant, taqım komandiri- həkim işləyib. Kəlbəcər, Laçın, Ağdərədə yüzlərlə yaralını həyata qaytarıb. Ağdamda, Tərtərdə, Goranboyda, Ağdərədə, Füzulidə gedən döyüşlərdə iştirak edib. Kəlbəcərdəki 701 saylı tibb xidmətinin rəisi olub.1998-ci ildə Saatlı hospitalına göndərilib, 45 yaşı tamam olanda polkovnik-leytenant rütbəsində ordudan tərxis olunub.
II qrup müharibə əlilidir, istefadadır, üç övladı, 6 nəvəsi var.
60 bahar yaşamış Qarabağ qazisinin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsidir.
Qaziler.az saytı olaraq biz də qazimizi yubileyi münasibəti ilə təbrik edərək bütün xalqımızın arzusu olan işğal altında olan Qarabağı azad görməyi arzulayırıq. Arzun çin olsun, Vətən oğlu!