Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun doğum günüdür - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun doğum günüdür - FOTO backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun doğum günüdür.

Qaziler.az saytı onun həyat yolunu təqdim edir.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır.

1968- 1973-cü illərdə Azərbaycan Politexnik İnstiutunda mühəndis ixtisası üzrə ali təhsil almışdır.1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin 813 saylı əmri ilə Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun komandiri təyin olunmuşdur. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edir.Sonralar Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq şəhid olduğu günədək düşmənə qarşı mübarizəsin davam etdirmişdir.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də Azərbaycan Respublikası Prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında,vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə,öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə” mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür.

Tərtər şəhərində qəhrəmanın büstü ucaldılıb. Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonundakı küçələrdən biri qəhrəmanımızın adın daşıyır.



VİKİPEDİYANI BURADAN İZLƏYİN:Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynov


Diaspora