Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq

Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi  AZTV-də nümayiş olunacaq backend

Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq.

Filmin ingilis dilində olan versiyasında kadrarxası mətni məşhur britaniyalı aktyor, “OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov tərəfindən səsləndirilib.

Filmdə Ermənistan nizami ordusunun törətdikləri Xocalı soyqırımının şahidləri olan litvalı hərbi reportyor Riçardas Lapaitis və onun rusiyalı həmkarı Viktoriya İvlevanın faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Filmdə tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanın, Qarabağ erməni separatçı hərəkatının lideri Levon Məlik-Şahnəzaryanın, Xocalıya hücüm əməliyyatının rəhbəri general Arkadi Ter-Tadevosyan və rus yazıçısı və ictimai xadim Yuri Pompeyevin müsahibələri də yer alıb.

Qeyd edək ki, film ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”nın, Madrid Tenerife Beynəlxalq Film Festivalının “Ən Yaxşı Sənədli Film”, Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalar üzrə qalibi olub.

Ekran əsəri “Pan-European Eurochannel”, Albaniyanın Milli Televiziyasında, “Channel 1” (İsrail) CNN Turk, TV 24 (Türkiyə), “TV9 Nusantara” (İndoneziya), London Live (Böyük Britaniya) və Al-Jazeera (Qətar) kanallarında nümayiş etdirilib.
Diaspora