Azərbaycanda saxlanılan erməni diversant dilimizi tam öyrənib.
Azərbaycan şerini əzbər deyən, Ermənsitan ordusunun dversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub.Məhkəmənin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib. O, Ermənistanın kecmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib. Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O , bayrağı kartondan özü hazırlayıb.
Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılığ tətbiq edilməyib. Bunu o, ''Qarabağ-əsirlər və girovlar- Közərən Xaç'' filminin çəklişi zamanı etiraf edib.
Amma Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən tutulublar. Onlara, ağır işgəncə verilərək, saxta məhkəmə qurulub, Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib.
Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesajda verib. Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin vasitəsi ilə o, ailəsi ilə tez-tez danışır. Efir vasitəsi ilə hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.
Həbsxanada normal şəraitdə qalan Arsen azərtbaycanlı məhkumlarla yaxşı münasibətdə olduğunu da deyir. Budur Azərbaycanla Ermənistanın fərqi. (xezerxeber.az)