“Qaranlıqdan qaçarkən” - Argentinada Xocalı ilə bağlı film nümayiş etdirilib

“Qaranlıqdan qaçarkən” - Argentinada Xocalı ilə bağlı film nümayiş etdirilib backend

Argentinadakı Səfirliyimizdə də Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

ATV.az xəbər verir ki, çıxış edən səfir Rəşad Aslanov Xocalıda mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə törədilmiş soyqırım barədə məlumat verib və bu hadisənin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə danışan səfir, azərbaycanlı dinc əhalinin məhz milli mənsubiyyətinə görə məruz qaldığı bu amansız qətliamın beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini tapmasının vacibliyini vurğulayıb. Ardınca Xocalı soyqırımının dəhşətləri haqda çəkilmiş “Qaranlıqdan qaçarkən” adlı sənədli filim iştirakçılara təqdim olunub. Tədbirin sonunda qonaqlara Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində materiallar paylanıb.
Diaspora