Fevralın 24-də Ermənistanın müdafiə naziri Viqen Sərkisyan növbəti dəfə qanunsuz olaraq Azərbaycan ərazilərinə, işğal zonasına gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni nazir Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Məlumatda deyilir ki, görüşə separatçı “DQR”-in “müdafiə naziri Levon Mnatsakanyan da qatılıb. Erməni tərəf “iki erməni respublikası” arasında əməkdaşlığın və digər məsələlərin müzakirə olunduğunu iddia etsə də, şübhə yoxdur ki, erməni naziri təcili şəkildə Qarabağa gətirən səbəb işğalçı ordunun son itkiləridir.Qeyd edək ki, ötən gün erməni ordusunun bir hərçisi ordumuzun sərrast atəşi ilə məhv edilib, yaralıların olduğu deyilir. Qarabağda dağıdıcı müharibənin olacağı barədə ABŞ kəşfiyyatının xəbərdarlıqlar düşmən ölkəni ciddi şəkildə narahat edib. Bu mənada şübhə yoxdur ki, V.Sərkisyan son durumu öyrənmək üçün Xankəndi şəhərinə gəlib. Ermənistanın ordu rəhbərliyinin Rusiyaya səfərini başa vurandan dərhal sonra Sərkisyanın Qarabağda görünməyi hər halda səbəbsiz deyil.