Köçəryan Xankəndinə gəldi, Petrosyan isə imtina etdi

Köçəryan Xankəndinə gəldi, Petrosyan isə imtina etdi backend

Ermənistanın eks-prezidenti Robert Köçəryan Xankəndinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb. Köçəryanın Qarabağda separatçıların silahlı terrora başladıqları tarixi qeyd etdikləri tədbirə qatıldığı bildirilir.

Maraqlıdır ki, o, Qarabağda separatçı rəhbərlərin bütün nümayəndələri ilə görüşüb. Hətta onun həmsöhbətləri sırasında bir zamanlar Köçəryan haqqında Haaqa tribunalına şikayət etmək istəyən David Şahnazaryan da olub.

“Qraparak” həmçinin Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın da Qarabağa dəvət edildiyini, lakin onun bura gəlmədiyini bildirib.
Diaspora