Bu gün Bakıda, Binə qəsəbəsində Ağdamda şəhid olmuş 3 qardaşın xatirə lövhəsinin açılışı olub
Qaziler.az bildirir ki, xatirə lövhəsinin üzərində 3 şəhid qardaşın anadan olduğu, şəhid olduqları tarix əks olunub. Xatirə lövhəsindən bir qədər kənarda isə erməni tapdağı altında olan rayonlarımızın işğalı haqda xatırlatma lövhəsi yerləşdirilib.Açılışda Qarabağ qaziləri, şəhid ailələri, ictimai birliklərin, Bakının Xəzər rayonu, Ağdam və Xocalı rayon icra hakimiyyətinin nümayəndələri, yerli bələdiyyə sədri iştirak edib.
Xatırladaq ki, qardaşlardan biri 26 fevral, 1992-ci ildə Xocalı sakinlərinin xilas edilməsi üçün gedən döyüşlərdə, digər iki qardaş isə Ağdam uğrunda gedən döyüşlər zamanı şəhid olublar.