Qarabağda müharibə başlasa... – Rusiyalı analitikdən AÇIQLAMA

Qarabağda müharibə başlasa... – Rusiyalı analitikdən AÇIQLAMA backend

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlayacağı anonsunu verməsi Rusiya ekspert dairələrində də müzakirə olunur.

Modern.az saytının məlumatına görə, rusiyalı hərbi-siyasi ekspert Vladimir Yevseyev Ermənistan mətbuatına müsahibəsində bildirib ki, ABŞ-ın proqnozunu hələlik təkzib ya da təsdiq etmək çətindir.

Onun sözlərinə görə, Qarabağda müharibənin başlaması böyük güclərə də sərf eləmir. Politoloq Qarabağda müharibə olacağı təqdirdə belə, Rusiyanın hərbi əməliyyatlara müdaxiləsini mümkünsüz sayır.

“Nüfuzlu oyunçulardan heç biri bu müharibəni dəstəkləməyəcək. ABŞ özü bu münaqişəyə qarşı çıxır. Türkiyə də bu müharibəni dəstəkləməz, çünki hazırda o, Suriya münaqişəsində iştirak edir. Hərbi əməliyyatlar Ermənistanın xaricində olacaqsa, Rusiyada birbaşa bu münaqişəyə qarışmayacaq”-deyə V. Yevseyev qeyd edib.

Onun bildirdiyinə görə, Rusiya-İran-Türkiyə formatı üçün Qarabağ münaqişəsinin həlli prioritet deyil:

“Bu mövzu müzakirə edilə bilər, amma Türkiyənin, Rusiyanın və İranın bugünkü əsas problemi Qarabağ deyil. Onların əsas məsələsi Suriyadır. Əgər Suriya böhranı üzrə müəyyən razılığa gəlinsə, bu zaman Qarabağ cəbhəsindəki vəziyyət ciddi şəkildə müzakirə edilə bilər”.
Diaspora