Xarici jurnalistlər qrupu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Latviya, Əlcəzair, Fransa, Rusiya, İtaliya və Macarıstandan gələn jurnalistlər döyüş postlarına baxış keçiriblər.Onlar həmçinin, hərbi hissələrdəki şəraitlə maraqlanıblar. Xarici jurnalistlərinm Qarabağda separatçı hərəkatın başlanmasının 30 illiyi ilə bağlı çəkilişlər aparacağı gözlənilir.