ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Publika.az xəbər verir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kaspşik Xankəndində separatçıların lideri Bako Saakyanla görüşüb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib.
Görüşün keçirildiyi salonda qondarma rejimin “bayrağının” asılması isə xüsusi diqqət çəkib. Həmsədrlərin separatçıların bayrağının salonda qoyulmasına heç bir etiraz etməməsi Minsk Qrupunun missiyasına zidd addımdır.