Rusiyanın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı

Rusiyanın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı backend

Rusiya ABŞ və Fransa ilə birgə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəraitin yaradılması üçün hər şeyi edir.

Trend-in məlumatına görə, bunu erməni KİV-lərinə Rusiyanın bu ölkədəki səfiri İvan Volınkin deyib.

Səfir onu da əlavə edib ki, münaqişənin həlli ATƏT Minsk qrupunun məsuliyyət dairəsindədir, bununla belə, həmsədrlər yalnız vasitəçilik fəaliyyətini həyata keçirirlər: “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın bu problemin həlli ilə bağlı konkret “resepti” yoxdur. Nizamlanma ilə bağlı yalnız Ermənistan və Azərbaycan razılığa gələ bilər. Rusiya isə ABŞ və Fransa ilə birgə lazımi şəraitin yaradılması üçün hər şeyi edir. Yekun qərar Bakı və Yerəvandan asılıdır”.
Diaspora