“XX əsrin ilk soyqırımı Azərbaycanlılara qarşı törədilib”

“XX əsrin ilk soyqırımı Azərbaycanlılara qarşı törədilib” backend

QAT-ın təşəbbüsü ilə əsrin ilk soyqırımı - 1905-ci il faciəli hadisələrin 110 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib Bu gün, Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə əsrin ilk soyqırımı - 1905-ci il faciəli hadisələrin 110 illiyi ilə əlaqədar “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirilibdir.

QAT sədri Akif Nağının çıxışı ilə başlayan dəyirmi masada ermənilərin saxta “soyqırım” iddialarının ifşası, erməni silahlı dəstələri və terror təşkilatları tərəfindən 110 il əvvəl, 1905-ci ildə azərbaycanlılara qarşı soyqırım törədilməsi, məhz azərbaycanlıların XX əsrdə soyqırıma məruz qalan ilk xalq, ermənilərin isə XX əsrdə ilk soyqırımı törədən xalq olduğunun göstərilməsi istiqamətində çıxışları oldu. Soyqırımla bağlı QHT rəhbərlərinin diqqətinə QAT-ın hazırladığı, BMT katibinə, Avropa Şurasının, ATƏT-in və Avropa İttifaqının sədrlərinə, bütün dünya birliyinə, mütərəqqi dövlətlərin rəhbərlərinə, o cümlədən Azərbaycan dövlətinin rəhbərlərinə, parlamentinə, ictimai, siyasi və digər diaspora təşkilatlarına, hüquq müdafiəçilərinə ünvanlanacaq müraciətin mətnini çatdırdılar.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni, politoloqlar Mübariz Əhmədoğlu, Elman Nəsirov, jurnalist – ixtimai xadim Qafar Çaxmaqlı, Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları Birliyinin sədri Mehdi Mehdiyev, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edərək tədbirin əhəmiyyətindən danışaraq hazırlanmış müraciətin mətninə müəyyən təkliflər etdilər.

Hərbi ekspert – jurnalist Üzeyir Cəfərli də QAT-ın bu ideyasını yüksək qiymətləndirdiyini, amma bununla Qarabağ probleminin həll edilməsinin qeyri-mümkün olduğunu söylədi. Ü.Cəfərli həmsədrlərin ermənipərəst mövqeyini tənqid etdi: “Öz gücümüzə arxalanmalıyıq, ATƏT-in bu Minsk qrupunu, ümumiyyətlə, Azərbaycandan iti qovan kimi qovmalıyıq!”

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas QAT-ın soyqırımla bağlı təşəbbüsünü təqdir etdi. Eyni zamanda Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarının qarşısının şam ağacları ilə çəpərlənməsini tənqid etdi.

Tədbirdə çıxış edən müharibə veteranı Kamil Şirinov, tibb xidməti polkovniki, Habil Şirinov, Radə Rzazadə, Şamil Mehdi, Firdovsiyə Əhmədova, Nazim Mustafa, Tofiq Həsənov, Vəli Əlibəyli və digərləri mövzu ətrafında öz fikirlərini bildiriblər.

Sonda XX əsrdə ilk dəfə olaraq Azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı beynəlxalq birliyə, ölkədaxili qurumlara ünvanlanan sənəd qəbul edilib.

Qaziler.az

Müraciətin tam mətni:

Birləşmiş Millətlər Təşkilatının baş katibinə,

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına,

Avropa Şurasının sədrinə, ATƏT sədrinə, Avropa

İttifaqının sədrinə, bütün dünya birliyinə, mütərəqqi

dövlətlərin rəhbərlərinə və parlamentlərinə

Azərbaycanın dövlət rəhbərlərinə, ictimai,

siyasi qurumlarına, diaspor təşkilatlarına,

hüquq müdafiəçilərinə




Hörmətli cənablar və xanımlar.

Haqq, ədalətin bərpa olunması, insanlığa qarşı cinayətlərin təkrar olunmaması, hər kəsin həqiqəti bilməsi naminə Sizlərə müraciət edirik. Azərbaycan xalqı tarixi boyunca ayrı-ayrı dövlətlər, imperiyalar, ordular tərəfindən dəfələrlə işğala, təcavüzə məruz qalıb. Son 200 ildə isə biz özünün gücü olmayan, başqalarının əlində alətə çevrilən murdar və eybəcər bir toplumun, ermənilrin və onlar üçün süni şəkildə Azərbaycan torpaqlarında yaradılan yaramaz bir dövlətin, Ermənistanın təzyiq, təhdid, böhtan, işğal, terror siyasəti ilə üz-üzə qalmışıq. Bu qırmızı-göy-narıncı bəla (bayraqlarının rəngi) Azərbaycanın bütün işlərinə mane olur, əl ayağımızdan ağır daş kimi asılıb qalır. Bunlar bəşəriyyətin də bədənində sağalmaz bir yaradırlar. Bu toplum bizə qarşı çox cinayətlər törədib, torpaqlarımızı işğal edib, bu gün də işğal altında saxlayır.

Bu günkü müraciətimiz ermənilərin Azərbaycan xalqına qarşı 110 il əvvəl törətdikləri ağır cinayət, soyqırım siyasəti ilə bağlıdır. Düz 110 il əvvəl, 1905-ci ilin fevral ayında Azərbaycanın Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və digər bölgələrində erməni silahlı dəstələrinin, terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar XX əsrin ilk soyqırım cinayəti idi. XX əsrdə məhz azərbaycanlılar ilk olaraq soyqırıma məruz qaldılar. Azərbaycanlılar 200 il əvvəl, 1805-1830-cu illərdə vətəni, yurdu olmayan ermənilərə qucaq açdı, ən yaxşı yerlərində yerləşdirdi. Ermənilər 100 il ərzində özlərinə yer etdikdən sonra öz nanəcibliyini etdilər, 1905-ci ildə azərbaycanlılara qarşı ilk soyqırımı törətdilər.

Həmin vaxt erməni terror təşkilatları və silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım siyasətini Rusiya imperiyasının dəstəyi ilə həyata keçirdi. Rusiya həmin ərazilərdə azərbaycanlıların, müsəlmanların sayının azalmasında, ermənilər isə həmin ərazilərə köçüb məskunlaşmaqda, saylarını artırmaqda maraqlı idilər. Erməni dəstələri 1905-ci il fevralın 2-də Bakıda azərbaycanlıları qırmağa başladılar. Tezliklə qırğınlar kütləvi xarakter alaraq Bakı ilə yanaşı, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan, Zəngəzur və digər əraziləri əhatə etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, 200-dən artıq yaşayış məntəqəsi dağıdıldı, yandırıldı. Ermənilər 100-ə qədər kəndi ələ keçirərək məskunlaşdılar, bir çox yaşayış məntəqələrindən azərbaycanlılar tamamilə çıxarıldılar, ya da sayları kəskin şəkildə azaldı. Bu əsl soyqırım idi. Azərbaycanlıları yalnız azərbaycanlı, müsəlman olduqlarına görə məhv edirdilər.

Biz hesab edirik ki, dünya birliyi, beynəlxalq təşkilatlar 110 il əvvəl baş vermiş bu dəhşətli hadisələrə qiymət verməli, azərbaycanlıları XX əsrdə soyqırıma məruz qalan ilk xalq kimi tanımalıdır. Ermənilər isə XX əsrdə soyqırım törətmiş ilk xalq kimi tanınmalı, onların hərəkətlərinə adekvat qiymət verilməlidir. Ermənilərin maskası çıxarılmalı, onların yalançı “soyqırım” təbliğatına, kampaniyasına son qoyulmalı, dünya onların həqiqi sifətini tanımalı, dəhşətli cinayətləri haqqında həqiqəti bilməlidir.

Azərbaycan hakimiyyəti, ictimai-siyasi qurumları, diaspor təşkilatları, tədqiqatçılar geniş miqyasda fəaliyyət göstərməli, ermənilərin azərbaycanlılara qarşı 110 il əvvəl törətdikləri soyqırım haqqında məlumatların dünyaya çatdırılması, ermənilərin dünyada ifşa olunması üçün bütün vasitələrdən istifadə etməlidir. Biz susduqca, ermənilər daha da həyasızlaşır, yalanlarını dünyaya qəbul etdirməyə çalışır və çox vaxt istəklərinə nail olurlar. Biz erməni yalanlarını ifşa etməli, həqiqəti dünyaya çatdırmalıyıq. Dünya həqiqəti bilməli, qərarını verməlidir.



Ermənilərin azərbaycanlilara qarşi nifrətini və vəhşiliklərini əks etdirən çoxsayli faktlardan yalniz bir neçəsini diqqətə çatdiririq:

* Çox yerdə camaat silahları olmadığına görə canlarını qaçmaqla qurtarırdılar. İrəvan mahalının Mənkus kəndində qoca bir kişi Novruz Kazım oğlu 1905-ci ilin iyununda camaatın qaçmasının qarşısını almağa çalışdı. O, hündür bir yerə çıxıb deyirdi: “Hara qaçırsınız? Istəyirsiniz bizi başqa millətlərin yanında başıaşağı edəsiniz? Məgər bu qaçmaqla ermənilər bizi boşlayacaqlar?! Bunların qabağından qaçdıqca daha cürətli olacaqlar”. Ermənilər kəndə girəndə Novruz kişi axıracan döyüşdü, sonda əsir düşdü. Ermənilər onun ağır işgəncələrdən sonra başını kəsdilər, onun başını Tirabat kəndinin keşişi Ayrapet kəsdi.

* Ağdərə rayonunun Umudlu kəndinin camaatı o vaxt çox dəhşətli qırğına məruz qalmışdır. 1905-ci il dekabrın 28-də 500-dən artıq əhali yığışaraq qonşu kəndlərə getmək istəyir. Yolda qonşu erməni kəndinin kəndxudası Abram onlara rast gəlir və aldadaraq özlərinin Heyvalı kəndinə aparır. Gecə erməni silahlı dəstələri onlara hər tərəfdən hücum edir, hamısını qırırlar, yalnız 30 nəfər canını qurtarıb qaça bilir. Ermənilər kişilərin hamısının başını diri-diri kəsdilər, arvadların bir hissəsini saxlayıb, qalanlarını öldürdülər, hamilə qadınların qarınlarını xəncərlə yardılar. Bir ananın gözləri qarşısında 4 övladının başlarını diri-diri kəsdilər.

* Ordubadın Saqqarsu kəndində ermənilər 62 qadının və bir uşağın meyidlərini doğrayaraq bir yerə yığmışdılar. Molla Həsən Əfəndini tikə-tikə etmişdilər. Həsən Əfəndinin öldürüldüyü yerdən bir palaz parçası tapıldı. Palazı kənara çəkəndə 15 nəfər körpə uşağın kəsilmiş başları və bir-birinə qarışmış bədənləri göründü.

* Şuşa qalasının şərq tərəfində sonralar Bağırqan dağı deyilən yerdə bir uca qaya var idi. Orada Avan adlı erməninin dəstəsi yerləşmişdi. O, əmr etmişdi ki, harda müsəlman tutsalar, oraya gətirsinlər. Tutulmuş müsəlmanı orada soyundurur, boynunun ardından dərisini bir az soyur, sonra ağacın budağını əyib dərinin soyulmuş hissəsinə bənd edir və budağı buraxırdılar. Sürətlə yuxarı qalxan budaq həmin adamın dərisini diri-diri soyub çıxarırdı. Həmin adamın bağırtısı göyə qalxırdı. Ona görə də xalq bu dağa “Bağırqan” adı vermişdi.

* Zəngəzurun Tat kəndində ermənilər öz həkimlərinin məsləhəti ilə sağlam görünən müsəlman kişi və qadınların başlarını diri-diri kəsib qanlarını xüsusi qablara yığırdılar. Həmin kənddən 70 uşağın qarnına süngü keçirib yolun qırağına düzmüşdülər. Həmin kənddən İbrahim adlı bir gəncin qollarını bağlayıb itlərin qabağına atmışdılar, itlər onu parça-parça etmişdilər.

* Ermənilər Zəngəzurun Fərəcan kəndindən Həsən və Həsənalı adında 2 qardaşı ələ keçirirlər. Həsənin ayaqlarına nal mıxlayırlar, qızdırılmış şişlərlə gözlərini ovur, sonra isə balta ilə əl-ayaqlarını doğrayırlar. Həsənalının bədənini isə diri-diri tikələyib yerə atırlar.


Diaspora