Mogerini: “Avropa İttifaqı Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir”

Mogerini: “Avropa İttifaqı Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir” backend

"Dağlıq Qarabağ münaqişəsi bizim üçün ciddi çağırış olaraq qalır".

AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair konfransda deyib.

O, Vyana, Sankt Peterburq və Cenevrədə ən yüksək səviyyədə dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.

Aİ rəsmisi qeyd edib ki, status-kvo davamlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq lazımdır”.

Mogerini Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Diaspora