Azərbaycan və Ermənistan prezidentləri bu il görüşəcək?

Azərbaycan və Ermənistan prezidentləri bu il görüşəcək? backend

Qarabağla bağlı ATƏT-in müşahidə missiyasının sayının artırılması sadəcə müzakirə olunan məsələlərdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib.

“Təmas xəttində vəziyyətin sabitləşdirilməsi ilə bağlı üç nəfərlik müşahidəçi var idisə, indi onların sayı artırılacaq. Hesab edirəm ki, texniki məsələ olsa belə, bununla bağlı uzun-uzadı danışıqlara ehtiyac yoxdur. Paralel olaraq mahiyyət üzrə danışıqların davam etdirilməsi, onun müstəvisi və digər məsələlərin həllini tapması daha vacibdir”, - deputat bildirib.

Rasim Musabəyov onu da qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi yönündə danışıqlar prosesi hələlik xarici işlər nazirləri səviyyəsindədir: “Dövlət başçıları səviyyəsində görüş üçün hansısa perspektivin yetişdiyini düşünmürəm”.
Diaspora