Ermənilərin Ağdam məscidi ilə bağlı növbəti TƏXRİBATI

Ermənilərin Ağdam məscidi ilə bağlı növbəti TƏXRİBATI backend

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan separatçı "Dağlıq Qarabağ Respublikası" İranın “Part Saman Jahan” şirkəti ilə birlikdə Ağdam məscidinin təmirini müzakirə edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1868-1870-ci illərdə Kərbəlayi Səfi xan tərəfindən inşa edilən məscidin ciddi konstruktiv dəyişikliklərə məruz qalacağı ehtimal olunur.

Xatırladaq ki, bundan əvvəl “Part Saman Jahan” şirkəti Şuşanın Gövhər Ağa məscidini (Yuxarı məscid) təmir etmişdi. Məscidin müsəlmanları cəlb etmək üçün muzey kimi fəaliyyət göstərəcəyi gözlənilir.
Diaspora