Hərbi ekspert QAT-ın soyqırımla bağlı tədbirində ATƏT-in Minsk qrupunun ünvanına sərt sözlər dedi
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə əsrin ilk soyqırımı - 1905-ci il faciəli hadisələrin 110 illiyi ilə əlaqədar “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masada çıxış edən hərbi ekspert – jurnalist Üzeyir Cəfərli maraqlı və sərt təklif səsləndiribdir.O, QAT-ın soyqırımla bağlı ideyasını yüksək qiymətləndirdiyini, amma bununla Qarabağ problemini həll edilməsinin qeyri-mümkün olduğunu söyləyib. Ü.Cəfərli həmsədrlərin ermənipərəst mövqeyini tənqid edibdir: “Öz gücümüzə arxalanmalıyıq, ATƏT-in bu Minsk qrupunu, ümumiyyətlə, Azərbaycandan iti qovan kimi qovmalıyıq!”