"Qarabağda ATƏT müşahidəçilərinin sayı artırılacaq" - Zaxarova

"Qarabağda ATƏT müşahidəçilərinin sayı artırılacaq" - Zaxarova backend

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını dəstəkləyir.

AzVision.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, rəsmi Moskva münaqişə zonasında ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi üçün səylər göstərir.

XİN rəsmisi qeyd edib ki, mövcud məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN rəhbəri Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb:

“Yanvarın 18-də iki ölkənin xarici işlər nazirlərinin Krakovda həmsədrlər tərəfindən təşkil edilən görüşündə tərəflərə yenilənmiş təkliflər təqdim edilib. Nazirlər vasitəçilər tərəfdən sənədin hazırlanmasına prinsipial razılıq veriblər. Bəzi texniki detallar qalır. Hazırda tərəflər bu detalları tam razılaşdırmalıdır”.
Diaspora