“Bu Azərbaycan polkovniki erməni ordusu üçün təhlükə yaradırdı...” - B.Saakyanın “müşavir”i

“Bu Azərbaycan polkovniki erməni ordusu üçün təhlükə yaradırdı...” - B.Saakyanın “müşavir”i backend

Tiqran Abramyan:“Onun Aprel döyüşlərində də fəal olduğu haqda informasiyaya malik idik...”

Erməni “rəsmi”lər bu günlərdə cəbhə bölgəsində şəhid olmuş polkovnik Rahim Əliyevdən ehtiyatlandıqlarını etiraf ediblər.

Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu barədə Xankəndindəki qondarma separatçı-terrorçu rejimin marionet başçısı Bako Saakyanın “müşaviri” kimi təqdim olunan Tiqran Abramyan Ermənistan mediasına müsahibəsində söyləyib.

Jurnalistin azərbaycanlı polkovnik Rahim Əliyevin konkret harada, hansı şəraitdə həlak olması haqda sualına T.Abramyan dəqiq cavab verə bilməsə də, Lələtəpə qəhrəmanı olan bu zabitimizin Qarabağdakı işğalçı erməni hərbi birləşmələri üçün təhlükə kəsb etdiyini bildirib:

”Bu polkovnik Azərbaycanın hərbi korpuslarından birinin mühəndis xidmətinin rəisi olub və cənub istiqamətində fəaliyyət göstərib. Həlak olan zaman ön xətdə olub, yəqin ki, döyüş tapşırığını yerinə yetirib. Eyni zamanda həmin Azərbaycan zabitinin Aprel döyüşərində də fəal olması haqda informasiyalara malik idik. Hansı şəraitdə ölməsindən asılı olmayaraq bütün hallarda bu zabit artıq həyatda yoxdur, sıradan çıxıb. Onun konkret hansı tapşırığı icra etdiyini söyləmək çətindir. Amma istənilən halda bu polkovnik ön cəbhədə idi və öz hərəkətləri ilə erməni ordusu üçün təhlükə yaradırdı...”



Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, polkovnik Rahim Əliyev təlim mərkəzlərindən birindəki məşğələ zamanı bədbəxt olay nəticəsində həyatını itirib. O, Aprel döyüşləri ilə yanaşı, 1993-cü ilin iyulunda Milli Qəhrəman Fred Asifin(Asif Məhərrəmov) komandirlik etdiyi taborun qərargah rəisi kimi Ağdamın müdafiəsində də son imkanadək iştirak etmiş qəhrəman zabitlərdən biri olub.
Diaspora