Cəbhəyə göndərilən öldürücü silahlar İrəvanı VƏLVƏLƏYƏ SALDI: “Bakı hər keçən gün...” - FOTO/VİDEO

Cəbhəyə göndərilən öldürücü silahlar İrəvanı VƏLVƏLƏYƏ SALDI: “Bakı hər keçən gün...” - FOTO/VİDEO backend

Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub.

Publika.az xəbər verir ki, yanvarın 19-da Rusiyadan yeni hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Rusiyada müasir texnikanın Bakıya gətirilməsi və qısa müddətə cəbhə xəttinə göndərilməsi üçün hazırlanması işğalçı ölkənin qorxularını daha da artırıb.

Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağına diqqət çəkir. Xüsusilə bu tip hərbi texnikanın 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilməsi, düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsində mühüm paya sahib olması ermənilərin təşvişini ikiqata çıxarıb.



Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya reallıqda müttəfiqi Ermənistana qarşı çıxır: “Azərbaycana silah satışında heç bir maneələr yaranmayıb, əksinə Moskva və Bakı uğurla əməkdaşlıq edir. Bu isə Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi Bakının “əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün yaxınlaşmasına zəmin yaradır. “Aprel müharibəsi”ndə Rusiya Ermənistanı dəstəkləmədi və dəqiqliklə deyə bilərik ki, hər hansı yeni müharibədə də bu belə olacaq”.

S.Artsruni Ermənistan hakimiyyətinin susqunluğunu tənqid edib.

“İrəvanda Rusiyaya etiraz etmək resursuna malik deyillər. Faktiki olaraq, ölkə rəhbərliyində oturanlar qorxaq siyasət aparır. Bakı isə ərazilərin azad olunmasına hər keçən gün daha da yaxınlaşır”, - deyə o bildirib.


">


Diaspora