Dünən cəbhənin Füzuli istiqamətində hərbi xidmətini yerinə yetirən zaman həlak olan polkovnik Rəhim Əliyev dəfn edildi.
Qaziler.az bildirir ki, polkovnik Bakıda, “Qurd Qapısı“ deyilən ərazidə - hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb.Vidalaşma mərasimi və dəfn prosesi müdafiə mazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbaninin aparıcılığı ilə keçirilib.
Dəfndə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, general Rasim Əliyev, hərbçilər, keçmiş döyüşçülər, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, BAMF-ın prezidenti Umud Rəhimoğlu, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak ediblər.
Allah rəhmət eləsin!