Azərbaycanın işğal altındakı Zəngilan rayonu ərazisində yol qəzası baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zəngilandan Ermənistana gedən ZİL-131 markalı avtomobilin yoldan çıxaraq aşması zamanı 1978-ci il təvəllüdlü Seyran Qumaşyan ölüb, 1981 və 1986-cı il təvəllüdlü 2 sərnişin isə xəsarət alıb.Xankəndinə gətirilən xəstələrin vəziyyəti ağır qiymətləndirilir.