ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.
APA-nın məlumatına görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.