Dağlıq Qarabağ erməniləri arasında müharibə xofu güclənməkdə davam edir.
Moderator.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma “Qarabağ rejiminin şəhərsalıma naziri” Karen Şahramanyan 2018-ci ildə bölgədə görüləcək işlərdən danışarkən Qarabağda müharibə ehtimalına qarşılıq yeni yeraltı sığınacaqların inşa olunacağını deyib.Bu sığınacaqlardan 3-ü keçmiş Ağdərə şəhərində, 2-si Madagis və 2-si isə Talış kəndində inşa olunacaq.