Ermənistan ordusu ötən gün verdiyi itkilərin sayını açıqlayıb.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəbhənin şimal-şərq istiqamətində baş verən atışma zamanı Vaçe Çilingəryan ölüb, baş leytenant E.Musinyan və müddətdən artıq xidmət edən (MAXE) hərbçi - sürücü D.Vanyan isə yaralanıblar.Onların vəziyyətinin stabil olduğu bildirilir. Ermənistan ordusunun Baş qərargah rəisi Movses Akopyan da cəbhədə itki verilməsini təsdiqləyib.