Şahbaz Quliyevin bacısı:"BİLDİYİMİZƏ GÖRƏ, QARDAŞIMIN SƏHHƏTİ..."

Şahbaz Quliyevin bacısı:"BİLDİYİMİZƏ GÖRƏ, QARDAŞIMIN SƏHHƏTİ..." backend

"Bayram ərəfəsində Şahbazdan heç bir məlumat ala bilmədik”.

Bunu "Sherg.az”a Dağlıq Qarabağda girov saxlanan Şahbaz Quliyevin vəziyyəti barədə danışarkən girovun bacısı İradə Quliyeva deyib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Yeni ildən əvvəl Şahbaz və Dilqəmə baş çəkib:

"Sonuncu dəfə dekabrın 15-i məktub almışıq. BQXK əməkdaşları ilə onda görüşdük. Məktubu bizə təqdim etdilər və hər şeyin yaxşı olduğunu dedilər. Bildiyimizə görə, qardaşımın səhhəti də yaxşıdır.

Yeni illə əlaqədar yenidən görüş olacağını düşünürdük, amma olmadı”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
Diaspora