ATƏT-in Minsk Qrupunun həmsədri olan qonşu ölkədən növbəti təxribat...
Rusiyanın 128 şəhərində bölmələri olan məşhur “Oxu-şəhər” kitab mağazaları şəbəkəsində Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu “Dağlıq Qarabağ Respublikası” barədə müstəqil dövlət kimi bəhs edilən kitab satıldığı bəlli oldu.Qaziler.az “KarabakhTV”-yə istinadla verdiyi xəbərə görə, kitabın adı “Dünya ölkələri. Böyük illüstrasiyalı ensiklopediya. Tarix. Əhali. Xəritələr. İqlim. İqtisadiyyat” adlanır. “SZKEO” nəşriyyatı (Sankt-Peterburq) tərəfindən nəşr olunan bu kitab “Dağlıq Qarabağ Respublikası”, onun “simvolları” və “dövlətin yaranma tarixi” haqqında məlumat verir.
P.S... Bura Azərbaycan XİN-in bəyanatının və Rusiyanın Azərbaycandakı səfirinin bu təxribat haqda izahatının yeridir...