“Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün variantlardan biri olaraq qalır”

“Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün variantlardan biri olaraq qalır” backend

Arzu Nağıyev: “Torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”

Politoloq Arzu Nağıyev Moderator.az -a açqlamasında Qarabağ probleminin 2018-ci ildə həlli perspektivini şərh edib. Ekspertin sözlərinə görə, Azərbaycan probleminin siyasi-diplomatik yolla həlli ilə yanaşı, hərbi yolla həlli imkanını da mümkün variantlardan biri kimi diqqətdə saxlayacaq:
“Bu ilin yanvar ayından etibarən danışıqlar masasına XİN rəhbərləri səviyyəsində oturulacaq. Bu danışıqlarda müsbət tendensiya yaranarsa, o zaman danışıqlar təbii ki, dövlət başçıları səviyyəsində davam etdiriləcək.

Bu ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Ermənistan Rusiyanın vassalı olduğu üçün çalışacaq ki, Dağlıq Qarabağ məsələsində seçki faktorundan, ruslardan yararlansın. Apreldə isə Ermənistanda seçkilər başlayacaq. Sərkisyan öz hakimiyyətini saxlamaq üçün Dağlıq Qarabağ kartından istifadə etməyə çalışacaq. Qarabağ klanı, Qərbyönümlü və Rusiyayönümlü – yəqin ki, seçkilərdə elektorat məhz belə bölünəcək.



Bundan sonra isə Azərbaycanda seçkilər keçiriləcək. Təbii, Azərbaycan çalışacaq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində mümkün qədər irəliləyiş əldə edilsin.

Onu da qeyd edək ki, münaqişənin hərbi yolla həlli imkanı bir variant olaraq qalır. Kazan, Sankt-Peterburq, Vyana sənədləri istiqamətində də müəyyən məsələlər öz hlini tapa bilər. istənilən halda biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.
Diaspora